Son müraciət tarixi.  11 yanvar 2021

Məkan. Stanford Universiteti, ABŞ

Qısa məlumat.

2005-ci ildən etibarən fəaliyyət göstərən Draper Hills Yay Proqramı (DHSF) hər il Stanford Universitetinin Demokratiya, İnkişaf və Qanunun Aliliyi Mərkəzində təşkil edilən üç həftəlik intensiv təlim proqramıdır. Proqram dünyanın bütün bölgələrindən hüquq, siyasət, hökumət, özəl sahibkarlıq, vətəndaş cəmiyyəti və beynəlxalq inkişaf sahələrində 25-30 nəfər karyerasının orta pilləsində olan şəxsləri bir araya gətirir. Bu təlim proqramı, inkişaf yolunda olan liderləri əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq və biliklərini zənginləşdirmək və karyeralarını inkişaf etdirmək üçün akademik təlim almaq məqsədilə unikal bir forum ilə təmin edir.

Proqram müddətində Stanford yaşayış, yemək və nəqliyyat xərclərini ödəyəcək.

Kimlər müraciət edə bilər?

Bu akademik proqram deyil və yalnız qeyd olunan sahədə praktiki qaydada işləyən şəxslər üçün nəzərdə tutulub. Praktik təcrübə akademik sənədlərdən üstün qiymətləndirilir və elm sahəsində çalışan şəxslər yalnız dövlət, ictimai siyasət, vətəndaş cəmiyyəti, iqtisadi inkişaf və qanunun aliliyi sahələrində fəal olduqları dərəcədə qəbul edilir. Müraciət edənlər karyerasının ortasında sayılan praktikant hesab edilmək və təqaüd üçün uyğun olmaq üçün ən azı on ildən 12 ilədək təcrübəyə sahib olmalıdırlar. Namizədlər 2020-ci ilin iyulunda təqaüdün başlanğıcında ən azı 28 yaşında olmalıdırlar və demokratiya, inkişaf və qanunun aliliyi sahəsində fəal şəkildə çalışmalıdırlar.

Ətraflı məlumat.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.