İnsan Hüquqları və Münaqişənin İdarə olunması üzrə Magistr Proqramı – Sant’Anna Universiteti

İnsan Hüquqları və Münaqişənin İdarə olunması, müxtəlif mədəniyyətlərdən olan tələbələrə insan hüquqları ilə münaqişənin idarəçiliyi nəzəriyyəsi və təcrübəsi arasındakı əlaqələri dərindən başa düşmək üçün yaradılmışdır. Tədris proqramı spesifik sahə yönümlüdür və tələbələri Qeyri-Hökumət Təşkilatları, hökumətlər, yardım agentlikləri, BMT sistemi və regional təşkilatlarla işləmək üçün hazırlayır.

Magistr proqramı ən çox 28 namizəd üçün açıq olan rəqabətçi bir proqramdır.

Proqramın təhsil haqqı 7.500 avrodur, iki hissədə ödənilir. Buraya aşağıdakılar daxildir: iştirak qiymətləri və ekskursiyalarda iştirak, didaktik material (elektron formatda), nahar (sinif və imtahan günlərində), Scuola-nın bütün obyektlərinə giriş. Proqram tərəfindən Azərbaycandan müraciət edən şəxslər üçün hər hansı təqaüd nəzərdə tutulmamışdır.

Namizədlər aşağıdakı minimum tələblərə cavab verməlidirlər:

(1) Üç illik (ən azı) universitet dərəcəsi və ya ona bərabər tutmaq. 31 dekabr 2021-ci il tarixinədək məzun olmağı gözləyən tələbələr də uyğun ola bilərlər.

(2) İngilis dilini ən azı LEVEL B2, (CEFR for Languages, CoE) səviyyəsində anlayan, danışan və yazan namizədlər.

Magistr Proqramının sonunda mütəmadi olaraq iştirak etmiş və tələb olunan bütün imtahanlardan keçmiş və təhsil haqqını ödəmiş tələbələr Scuola Superiore Sant’Anna’dan Master Diplomu (I Səviyyə) alacaqlar.

Maksimum iştirakçı sayı: 28

Təhsil haqqı: 7.500 avro

Müddət: 11.01.2022 – 05.05.2023

CFU kreditləri: 66

Dərs saatları: 920

Müraciət üçün son tarix:

  • 1-ci tur: 19 iyul 2021
  • 2-ci tur: 20 oktyabr 2021

 

Ətraflı məlumat üçün rəsmi veb səhifəyə daxil ola bilərsiniz.