“BMT-nin insan hüquqları mexanizmlərindən istifadə etməklə insan hüquqlarının monitorinqi, qiymətləndirilməsi və hesabatlılıq” mövzusunda onlayn təlimlər
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə noyabr ayında ‘BMT-nin insan hüquqları mexanizmlərindən istifadə etməklə insan hüquqlarının monitorinqi, qiymətləndirilməsi və hesabatlılıq’ mövzusunda növbəti onlayn təlimlər keçirəcək.
Yerli ekspertlərin cəlb olunduğu onlayn təlimlərdə iştirak etmək istəyən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və hüquqşünaslar 29 oktyabr 2021-ci il tarixindən gec olmayaraq aşağıda qeyd olunan məlumatı [email protected] e-mail ünvanına göndərə bilərlər.
  • Təmsil etdiyiniz vətəndaş cəmiyyəti təşkilatının adı. Hüquqşünaslar hüquqşünas olduqlarını qeyd etməlidirlər;
  • Təlimin mövzusuna marağınız və təcrübəniz haqda çox qısa məlumat;
  • Əlaqə məlumatı – Mobil telefon nömrəniz və e-mail ünvanınız.
Təlimlər zamanı iştirakçılara BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan dilində çap etdiyi nəşrlər və təlim materialları elektron formatda təqdim ediləcək.