Eiffel Təqaüdü – Fransada Təhsil

Məkan: Fransa

Son müraciət tarixi: 7 yanvar 2022-ci il

Eiffel Təqaüd Proqramı Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən Fransa ali təhsil müəssisələrinin magistratura və PhD proqramları üzrə təhsil almaq üçün ən yaxşı əcnəbi tələbələri cəlb etmək üçün yaradılmışdır.

Aşağıdakı sahələrdə təhsil almaq üçün təqaüdlər əldə edilə bilər:

  • iqtisadiyyat və idarəetmə
  • mühəndislik elmləri (magistr dərəcəsi)
  • elmlər (doktorantura)
  • hüquq
  • siyasət

Təqaüd:

Magistr tələbələri üçün – aylıq 1200 € təqaüd və digər xərclər.

Doktorantlar üçün – 1400 € və digər xərclər.

 

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

  • magistraturaya müraciət edən tələbələrin yaşı 25-dən yuxarı olmamalıdır
  • doktoranturaya daxil olan tələbələrin yaşı 30-dan yuxarı olmamalıdır
  • səlis ingilis dili (müxtəlif proqramlar üçün tələblər fərqlidir)

Müraciət Prosesi:

  1. Seçdiyiniz universitetin beynəlxalq əlaqələr şöbəsi ilə əlaqə saxlayıb sənədlərin təqdim olunma müddətini öyrənmək lazımdır. Və yaxud, ölkənizdəki Fransa Səfirliyi ilə əlaqə saxlaya bilərsiniz.
  2. Eiffel təqaüdünə müraciət haqqında qərarı nəticə olaraq universitet verir. Bunun üçün, universitet sizə doldurmaq üçün ərizə təqdim edəcək. Sonra universitet sizin adınıza təqaüd üçün birbaşa müraciət edir.

Yalnız Fransa universiteti tərəfindən göndərilən ərizələr qəbul olunur. Birbaşa tələbələr və ya digər təhsil müəssisələri tərəfindən təqdim olunan ərizələr qəbul olunmayacaqdır.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.