Avropa Parlamentində Təcrübə

Məkan: Belçika və Lüksemburq

Son müraciət tarixi: 30 noyabr 2021

Schuman təcrübə proqramı ödənişlidir və Avropa Parlamentinin rəsmi iş yerlərindən birində – Brüssel, Lüksemburq və Strasburqda və ya onun Üzv Dövlətlərindəki Əlaqələndirici Ofislərində həyata keçirilə bilər.

Avropa Parlamenti onun Katibliyində təcrübə keçmək istəyən namizədlər üçün müxtəlif vakansiyalar təklif edir. Təcrübənin məqsədi gənc kadrların lazımi təcrübə qazanmasına kömək etməkdir. Təcrübə müddəti 5 aydır. Hər bir namizəd 3 vakant yerə müraciət edə bilər.

Brüssel və Lüksemburqda çalışacaq təcrübəçilərin aylıq stipendiyası 1339 € dəyərindədir.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

  • 18 və ya yuxarı yaşda olmalıdır;
  • ali təhsil haqqında diploma sahib olmalıdır;
  • rəsmi Avropa İttifaqı (Aİ) dillərindən birini mükəmməl bilmək və digər rəsmi Aİ dilini yaxşı bilməlidir;
  • məhkumluq haqqında arayış;
  • daha öncə 2 aydan çox Aİ qurumunda işləməmiş;
  • namizəd son 6 ayda Avropa Parlamenti Katibliyində təhsil səfəri həyata keçirməmişdir.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.