College of Europe – Tam Təqaüd

Məkan: Brügge, Belçika / Varşava, Polşa

Son müraciət tarixi: 19 yanvar 2022-ci il

College of Europe 2022-2023-cü tədris ili üzrə Avropa Qonşuluq Siyasəti ölkələrindən olan tələbələrə magistratura və aspirantura təhsili almaq üçün çoxlu sayda təqaüd təklif edir.

Təqaüd:

  • akademik xərclər
  • yaşayış yeri
  • yemək
  • nəqliyyat

Tələblər:

  • Müraciət edənlərə Universitetin rəsmi internet səhifəsinə daxil olaraq akademik və dil tələblərini yoxlamaq tövsiyə olunur.
  • Müraciətçilər rəsmi vebsəhifədə qeydiyyatdan keçməli və onlayn müraciət etməlidirlər (motivasiya məktubu tələb olunmur).
  • Müraciətçilər tələb olunan sənədlər də daxil olmaqla onlayn ərizə təqdim etməlidirlər.
  • Son tarixdən sonra (19 yanvar 2022-ci il) bütün müraciətlər Universitetin tədris şöbələri tərəfindən qiymətləndiriləcək və ilkin seçim aparılacaq.
  • İlkin seçim nəticəsində seçilmiş namizədlər müraciət etdikləri kafedranın (kafedraların) professorları/assistentləri ilə müsahibəyə dəvət olunacaqlar. Qəbul və təqaüdlərlə bağlı yekun qərar namizədlərlə keçiriləcək bütün müsahibələrdən sonra veriləcək. Müraciət edənlərlə e-poçt vasitəsilə əlaqə saxlanılacaq.
  • Azərbaycan, Əlcəzair, Ermənistan, Belarusiya, Misir, Gürcüstan, İsrail, İordaniya, Livan, Liviya, Moldova, Mərakeş, Fələstin Muxtariyyəti, Suriya, Tunis və Ukrayna vətəndaşları müraciət edə bilər.

Akademik tələblər:

  • Bütün müraciətçiləri ya magistr dərəcəsinə, magistr dərəcəsinə ekvivalent digər dərəcə, və ya tamamlanmış ali təhsilə malik olmalıdırlar.
  • Bakalavr dərəcəsi sahibləri də müraciət etdikləri akademik proqramla bağlı yüksək keyfiyyətlər nümayiş etdirmək şərti ilə müraciət edə bilərlər.

Dil tələbləri:

İş dilləri: İngilis və Fransız. Ərizəçilər bir dil üçün minimum B2 səviyyəsinə və digər dil üçün minimum B1 səviyyəsinə malik olmalıdırlar.

Natolin şəhərindəki kampusda yerləşən Avropa Fənlərarası Tədqiqatlar proqramı aşağıdakı hallarda əsas fransız dili (A2) bacarıqlarına malik olan məhdud sayda tələbə qəbul edə bilər:

  • İngilis dili biliyi səviyyəsi – C1;
  • əla akademik hazırlıq;
  • təhsil aldıqları müddətdə fransız dili biliklərini B1 səviyyəsinə (ən azı) çatdırmaq üçün yüksək motivasiyaya malikdirlər.

Əlavə məlumat üçün rəsmi internet səhifəsinə daxil olun.