Gates Cambridge Təqaüdü

Məkan: Böyük Britaniya

Son müraciət tarixi: Müraciət etdiyiniz kursdan asılı olaraq – 6 yanvar 2022 (kurs kataloquna baxın)

Gates Cambridge Təqaüdü dünyanın ən nüfuzlu təqaüdlərindən biridir. Müraciət edənlərin yalnız 0,3%-i bu təqaüdü qazanır. Gates Cambridge-in missiyası digər insanların həyatını yaxşılaşdırmaq öhdəliyinə sahib olan gələcək liderlərin qlobal şəbəkəsini yaratmaqdır. O, görkəmli təqaüdçülərin seçilməsi, onlara dünyanın aparıcı universitetlərindən birində maliyyə və qeyri-maliyyə dəstəyi verilməsi yolu ilə bu missiyaya nail olmaq məqsədi daşıyır.

Təqaüdçülər və məzunlar artıq öz sahələrində liderlərə çevrilir və dünyanın ən kəskin problemlərindən bəzilərinin həlli yollarının tapılmasına öz töhfələrini verirlər.

Namizədlər aşağıdakı kurslar istisna olmaqla universitet tərəfindən təklif olunan istənilən kurslara müraciət edə bilərlər :

  • Biznes üzrə doktorluq dərəcəsi (BUSD)
  • Biznes inzibatçılığı üzrə magistr (MBA)
  • Maliyyə üzrə magistr (MFİN)
  • PGCE 
  • Tibb üzrə elmlər doktoru dərəcəsi (6 il, yarımştat)
  • Yarımştat alınmış dərəcələr
  • Dərəcə verməyən kurslar və s.

Təqaüd:

Gates Cambridge Təqaüdü Kembricdə təhsilin bütün xərclərini, o cümlədən səyahət xərclərini, viza və s. əhatə edir. O, həmçinin akademik inkişaf maliyyəsi, ailə müavinətləri və s. kimi əlavə maliyyə təmin edir.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

  • akademik mükəmməllik 
  • siz nümayiş etdirməlisiniz: digər insanların həyatını yaxşılaşdırmaq öhdəliyi; liderlik potensialı; üstün intellektual qabiliyyət; kursun seçilməsinin səbəblərini

Müraciət Prosesi:

Müraciət etməzdən əvvəl, perspektiv kursunuzu onun tələbləri, müddətləri və dəstəkləyici sənədləri daxil olmaqla, hərtərəfli araşdırmalısınız. Bu təqaüd üçün necə müraciət etmək barədə ətraflı məlumat əldə etmək üçün “Necə Müraciət etməli” bölməsini oxumaq vacibdir.

Daha ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.