Aparıcı Hüquqşünas (Hüquqi İşlər şöbəsi) Azercell Telecom – Vakansiya

Əsas Funksiya:

Şirkətin fəaliyyəti prosesində qarşıya çıxan məsələlərə dair hüquqi dəstək, hüquqi təhlil və ekspertiza işinin icrası, yazılı və şifahi məsləhətlərin verilməsi, arayış və rəylərin hazırlanması, Şirkətin hüquq və qanuni mənafelərinin müdafiəsi.

İş qrafiki:

Bazar ertəsi – Cümə günü, saat 09:00 – 18:00.

Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.

İş yeri: Azercell-in baş ofisi (Azercell Plaza)

Əsas öhdəliklər:

  • Müraciət və sorğuların qanunvericiliyə uyğun olaraq baxılmasına hüquqi dəstək verilməsi, hüquqi əhəmiyyətli yazışmaların icrası;
  • Komissiya, işçi qrup, layihələrdə Şirkəti və Şöbəni təmsil etmək və onların işində iştirak etmək;
  • Daxili qaydaların, təlimatların və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak, digər struktur bölmələri tərəfindən hazırlanan ilkin layihələrin hüquqi ekspertizasını həyata keçirmək, hüquqi əhəmiyyətli layihələri hazırlamaq;
  • Problemli məsələlərin danışıqlar yolu ilə həlli üzrə hüquqi dəstəyin verilməsi, məhkəmə, hüquq mühafizə orqanları və inzibati orqanlarda nümayəndə qismində iştirak;
  • Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması.

Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:

  • Təhsil: Ali Təhsil (Hüquq fakultəsi, Hüquqşünas);
  • Təcrübə: Korporativ (kommersiya) hüquq sahəsində ən az 5 (beş) il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
  • Hüquqi nitq və yazışma qabiliyyəti;
  • MS Office kompüter proqramlaından sərbəst istifadə etmək bacarığı;

Üstünlük verilən Yetkinliklər:

  • Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
  • Yüksək qavrama və analitik təhlil bacarıqları;
  • Təzyiq altında işləmək qabiliyyəti;
  • Stressə davamlılıq və pozitiv münasibət;
  • Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması.
  • Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
  • Nəzarət etmək qabiliyyəti;
  • Qərarvermə qabiliyyəti;
  • İşləri yüksək səviyyədə icra etmək bacarığı;
  • Yekun nəticəyə yönəlmə bacarığı.

İşə qəbul prosesi:

  •  CV-lərin təhlil edilməsi
  •  İxtisas üzrə müvafiq yazılı tapşırıqlar/testlər
  •  Yetkinliklərə əsaslanan (HR) / Texniki Bacarıqlar Müsahibəsi

Qeyd:

  • Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
  • Bütün müraciətlər bu səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
  • Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
  • Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.

 

Müraciət üçün son tarix: 13 fevral 2022-ci il saat 09:59