UNICEF-də Təcrübə Proqramı

Son müraciət tarixi. təcrübə vakansiyalarından asılıdır

Qısa məlumat.

UNICEF Təcrübə Proqramı tələbələrə və yeni məzunlara UNICEF-in işi ilə birbaşa praktiki təcrübə əldə etmək imkanı təklif edir. Təcrübə imkanları bütün dünyada mövcuddur. Bütün təcrübəçilərimiz UNICEF və ya tərəfdaş təşkilat tərəfindən ödənilən yaşayış xərclərinə yardım olaraq təqaüd almaq hüququna malikdirlər. Maliyyə mövcud olduqda səyahət və viza xərclərinə yardım olaraq birdəfəlik ödəmə də verilə bilər.

Kimlər müraciət edə bilər.

  • Bakalavr, magistr və ya PhD proqamı üzrə təhsil alan və ya son iki il ərzində məzun olan;
  • UNICEF-in iş dillərindən ən azı birini bilən: ingilis, fransız və ya ispan. Müraciət etdiyiniz ofisin iş dilində sərbəst danışıq qabiliyyəti də tələb oluna bilər.
  • Son universitet/təhsil qeydləri ilə təsdiqlənən əla akademik göstəricilərə sahib olan;
  • UNICEF-də işləyən yaxın qohumları (məsələn, ana, ata, bacı, qardaş) olmayan;
  • Təşkilatda səlahiyyətli başqa qohumları olmayan;
  • Ən azı 18 yaşında olan şəxslər.

Ətraflı məlumat.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.