Aİ Rəqabət Hüququnun Tətbiqi: Aradan qaldırılmalı olan çətinliklər – beynəlxalq konfrans

26-27 may 2022-ci il tarixlərində “CARS” və “Bocconi” Universiteti tərəfindən təşkil edilən “Aİ Rəqabət Hüququnun Tətbiqi: Aradan qaldırılmalı olan çətinliklər” adlı beynəlxalq konfrans təşkil ediləcəkdir.
Konfransda ECN+ məsələləri, prosedur aspektləri, qeyri-iqtisadi dəyərlər və ya rəqəmsal bazarlarla bağlı problemlər də daxil olmaqla rəqabət hüququnun tətbiqinin ən mühüm cari problemləri nəzərdən keçiriləcək. Çıxış edənlər arasında rəqabət hüququnun tətbiqi ilə bağlı son qabaqcıl tədqiqatlarını təqdim edəcək Avropanın aparıcı rəqabət hüququ akademikləri var.

Tədbirdə iştirak üçün bu keçiddən istifadə edin.