Vilnüs Universitetinin Hüquq Fakültəsi Təqaüdü

Ölkə: Litva

Son müraciət tarixi: 16 iyul 2022-ci il

Fakültə: Beynəlxalq və Avropa hüququ

İxtisaslar: 1) Beynəlxalq Hüquq və İnsan hüquqları, 2) Biznes hüququ, 3) Texnologiya hüququ.

Tədris dili: İngilis

Beynəlxalq və Avropa Hüququ üzrə magistr proqramına müraciət edən Azərbaycan, Albaniya, Gürcüstan, Moldova, Şimali Makedoniya, Ukrayna və ya Qazaxıstan vətəndaşlarına təqaüd imkanı verilir.

Təqaüd:

Təhsil haqqının yarısını və ya tam dəyərini əhatə edir.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Hüquq üzrə bakalavr ixtisası və ya ali təhsil müəssisələrindən hüquqşünas kimi ekvivalent ixtisasda təhsil almalı
  • B2 səviyyəsindən aşağı olmayan ingilis dili biliyi (IELTS 5.5; TOEFL 65+). İngilis dilində təhsil almış tələbələr sertifikatlardan (IELTS, TOEFL) azaddırlar;
  • Xüsusi GPA və ya iş təcrübəsi tələbi yoxdur;
  • Qəbul proseduru müsabiqəlidir; tələb olunan sənədlərə, namizədin müraciətinə və lazım gələrsə, müsahibənin nəticələrinə əsaslanır.

Sənədlər:

  • Məzun olma ilə bağlı sənədlər: Universitet bakalavr diplomu və onun əlavəsi (və ya onun ekvivalenti). Əgər tələbə hazırda Universitetin sonuncu kursunda təhsil alırsa və onun müəssisəsi ərizə qəbulunun son tarixinə qədər yekun buraxılış diplomunu verə bilmirsə, o, son akademik transkriptini və yekun diplomun alınma tarixini göstərən arayışı təqdim etməlidir;
  • Motivasiya məktubu;
  • Ingilis dil biliyi sertifikatı (IELTS 5.5+; TOEFL 65+);
  • Müraciət haqqının qəbzi;
  • Pasport və ya şəxsiyyət vəsiqəsinin surəti.

Müraciət prosesi:

  • Müraciət etmək üçün 16 iyul 2022-ci il tarixinədək onlayn müraciət formasını doldurub təqdim etməli və sənədləri Dream Apply sistemi vasitəsilə yükləmənməlidir.
  • Təqaüd qazanan şəxslərə birbaşa ödənilmir.
  • Təqaüd qazanan şəxslərə 15 avqust 2022-ci il tarixinədək məlumat veriləcək.
  • Müraciət haqqı: 100 € (avro).

Daha ətraflı məlumat üçün rəsmi internet saytına daxil olun.