Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi – vakansiya

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanı ilə yaradılmış “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Mərkəzdə mövcud hüquqşünas vəzifələrinə işə qəbul ilə əlaqədar müsabiqə elan edilir:

Publik hüququn ekspertizası şöbəsi – 4 vakant vəzifə
– şöbə müdiri – 1
– baş mütəxəssis – 2
– aparıcı mütəxəssis – 1

Xüsusi hüququn ekspertizası şöbəsi – 4 vakant vəzifə
– şöbə müdiri – 1
– baş mütəxəssis – 1
– aparıcı mütəxəssis – 2

Qanunvericilik təşəbbüsləri və monitorinq şöbəsi – 3 vakant vəzifə
– şöbə müdiri – 1
– baş mütəxəssis – 1
– aparıcı mütəxəssis – 1

Müsabiqədə iştirak etmək üçün namizədlərə dair minimal tələblər:
• Hüquqşünaslıq (beynəlxalq hüquq) ixtisası üzrə bakalavr dərəcəsi;
• Hüquq sahəsində azı 3 il iş təcrübəsi;
• Ən azı bir xarici dil biliyi.

Əlavə üstünlüklər:
• Normayaratma fəaliyyəti sahəsində iş təcrübəsi;
• Magistr və ona bərabər ali hüquq təhsili.

Müraciət edən namizədlər arasından yalnız elan olunmuş vəzifələrə daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarət olacaq. Yalnız yazılı imtahan mərhələsindən uğurla keçmiş şəxslərlə müsahibə keçiriləcək.

Maraqlanan namizədlər öz anketlərini (CV-lərini) [email protected] emailinə göndərə bilərlər.