“ASAN xidmət” mərkəzləri üçün hüquqşünas vakansiyası

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində fəaliyyət göstərən regional “ASAN xidmət” mərkəzləri üçün hüquqşünaslıq ixtisasına yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir. Şamaxı, Quba və Şəki “ASAN xidmət” mərkəzləri prioritet hesab olunur.

Namizəddə axtarılacaq tələblər

  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Hüquqi nitq və yazışma qabiliyyəti;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
  • MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Məsuliyyətlər:

  • mərkəzdə baş vermiş konfliktli halların həllində iştirak edir, müşahidə edilən pozuntuların aradan qaldırılmasını tələb edir və digər tədbirlər görür, bu barədə sektor müdirinə məlumat verir;
  • mərkəzlərdə fəaliyyətin qanunvericiliyə uyğun qaydada həyata keçirilməsinə nəzarət edir, müşahidələr aparır, monitorinqlərdə iştirak edir;
  • zəruri hallarda vətəndaşları aldıqları və ya almaq istədikləri xidmətlərin qanunvericiliyi barədə məlumatlandırır, şikayətlərini qeydə alır;
  • icrasına verilən sənəd və müraciətlərin araşdırılması və cavablandırılmasını həyata keçirir;
  • mərkəzin cavabdeh olaraq müəyyən edildiyi məhkəmə proseslərində mərkəzin nümayəndəsi kimi iştirak edir, zəruri prosessual hərəkətləri aparır;
  • mərkəzdə göstərilən xidmətlərin səyyar formada təşkilində iştirak edir;
  • fəaliyyətin və xidmətlərin göstərilməsində istifadə edilən hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı sektor müdirinə təkliflər verir;
  • Və vəzifəsi üzrə digər tapşırıqları icra edir.

CV-nizi çalışmaq istədiyiniz regionun adını mövzu yerində qeyd etməklə 2022-ci il 10 avqust tarixinədək [email protected] ünvanına göndərə bilərsiniz.