Vəkillərin icbari təlimləri – Qeydiyyat

Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində 07 oktyabr və 17 oktyabr 2022-ci il tarixlərində Vəkillər Kollegiyasının vəkillik peşəsinə yeni yiyənlənmiş üzvləri üçün onlayn qaydada növbəti təlimlərin keçirilməsi nəzərdə tutulur.

Təlim mövzuları və təlimçilər:

1. 07 oktyabr 2022-ci il tarixində saat 15:00-16:00- “Qadınların ədalətə çıxışı” mövzusu üzrə keçiriləcək təlimdə Vəkillər Kollegiyasının üzvü Sevinc Əliyeva,

2. 17 oktyabr 2022-ci il tarixində saat 10:00-11:00- “İşgəncələr əleyhinə beynəlxalq konvensiyalar” mövzusu üzrə keçiriləcək təlimdə Konstitusiya Məhkəməsinin hakimi, Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin üzvü Ceyhun Qaracayev təlimçi qismində iştirak edəcəklər.

Təlimdə iştirak etmək arzusunda olan vəkillər bu keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Əlaqələndirici şəxs – Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin tədris işləri üzrə koordinatoru Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80)