Fulbrayt Təqaüd Proqramı

Son müraciət tarixi: 31 Oktyabr 2022-ci il, 23:59.

Qısa Məlumat.

Fullbright Visiting Scholar proqramı (2023-2024) ABŞ Dövlət Departamenti tərəfindən tam maliyyələşdirilən Amerika Birləşmiş Ştatlarında doktoranturadan sonrakı tədqiqatlar aparmaq və mühazirə oxumaq istəyən tədqiqatçılar, professorlar və akademik instutların doktorantura dərəcəsinə malik ekspertləri üçün qeyri-dərəcə, doktoranturadan sonrakı mükafat proqramıdır. Təklif olunan mühazirə/tədqiqat layihələrinin müddəti 3 aydan az və 6 aydan çox olmamalıdır.

Təqaüd proqramı – tədqiqatçılar, universitet professorları, akademik qurumların ekspertləri üçün açıqdır.

Namizədlər üçün tələblər:

  • Azərbaycan Respublikasının vətəndaşı olmalı və ya daimi AR etibarlı pasportuna sahib olmalıdırlar;
  • Hal hazırda AR-də işləməli və yaşamalıdırlar;
  • Müəyyən edilmiş sahələr üzrə elmi dərəcəyə malik olmalı və ya təhsilinin doktorantura pilləsini 2022-ci ilin yayından əvvəl tamamlamış olmalıdır;
  • İngilis dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmalı;
  • Tibbi müayinədən keçməsi ilə əlaqəli sənəd almalıdır.

Təqaüdə daxildir:

  • Gediş-dönüşbiletlərinin ABŞ Dövlət Departamenti tərəfindən qarşılanması;
  • Aylıq təqaüd;
  • Yaşayış icazəsi;
  • Sağlamlıq sığortası.

Müraciət Proseduru:

Qeydiyyat üçün bu keçiddən istifadə edin.

 

Ətraflı məlumat:

Ətraflı məlumat üçün bu vebsəhifəyə daxil ola bilərsiniz.