Eyfel Mükəmməllik Təqaüd Proqramı

Ölkə: Fransa

Maliyyələşdirən: Fransanın Avropa və Xarici İşlər Nazirliyi

Dərəcə səviyyəsi: Magistr, Ph.D.

Son tarix: 10 yanvar 2023-cü il

Eyfel Mükəmməllik Təqaüd Proqramı Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən Fransa ali təhsil müəssisələrinin magistratura və doktorantura dərəcələri üzrə proqramlarına daxil olmaq üçün istedadlı əcnəbi tələbələri cəlb etmək üçün yaradılmışdır.

Eyfel Mükəmməllik Təqaüd Proqramı aşağıdakı sahələri əhatə edir:

  • Biologiya və sağlamlıq
  • Ekoloji keçid
  • Riyaziyyat və Rəqəmsal elmlər
  • Mühəndislik elmləri
  • Tarix, fransız dili və sivilizasiyası
  • Hüquq və siyasi elmlər
  • İqtisadiyyat və idarəetmə

Eyfel Təqaüdünün müddəti:

  • Master M1 səviyyəsi üçün maksimum 12 Ay
  • Master M2 səviyyəsi üçün maksimum 24 ay
  • Doktorantura səviyyəsi üçün maksimum 36 ay.

Maliyyə təminatı:

Fransa Hökumətinin Eyfel Mükəmməllik Təqaüd Proqramı tam maliyyələşdirilir və tələbələr üçün bütün zəruri xərcləri qarşılayır.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Yalnız xarici vətəndaşlar Eyfel Təqaüdünə müraciət edə bilərlər
  • Magistratura pilləsinə müraciət edən tələbələrin yaşı 25-dən yuxarı olmalıdır
  • Doktorantura pilləsi üzrə müraciət edən tələbələrin yaşı 30-dan yuxarı olmalıdır
  • Tələbələr yüksək ingilis dili biliklərinə malik olmalıdırlar (bu tələb müxtəlif proqramlara görə dəyişə bilər)

Müraciət prosesi:

  1. İlk olaraq seçdiyiniz universitetin beynəlxalq əlaqələr şöbəsi ilə əlaqə saxlayıb sənədlərin təqdim olunma müddətini öyrənmək lazımdır. Alternativ olaraq, ölkənizdəki Fransa səfirliyi ilə əlaqə saxlaya bilərsiniz.
  2. Eyfel təqaüdünə müraciət edib-etməyəcəyinizə universitet qərar verir. Universitet müraciət üçün sizə ərizə forması təqdim edəcəkdir. Daha sonra universitet sizin adınıza təqaüd üçün müraciət edəcəkdir. Yalnız Fransa universitetləri tərəfindən göndərilən ərizələr qəbul ediləcəkdir. Birbaşa tələbələr və ya xarici təhsil müəssisələri tərəfindən təqdim olunan ərizələr qəbul edilməyəcəkdir.

Ətraflı məlumat üçün bu keçiddən istifadə edin.