Aİ Şurası tibbi əks tədbirlərlə bağlı fövqəladə hallar çərçivəsi haqqında qanun qəbul edib

Avropa İttifaqı dərmanların və peyvəndlərin vaxtında alınmasını və əldə edilməsini asanlaşdıran, təcili maliyyələşdirməni və başqa bir böyük xəstəlik yayıldıqda istehsal müəssisələrinin monitorinqini həyata keçirməyə imkan verən qanun qəbul edib.

Qanun əsasında yaradılacaq Komissiyaya təcili tibbi yardıma ehtiyac olan hallarda tibbi tədbirlərin görülməsi, lazımı preparatların siyahısını hazırlanması və tədbirlərin icrasına nəzarət edilməsi tapşırılacaq. Avropa Dərman Agentliyindən də dəstək alacaq Komissiya, İttifaqın daxilində və xaricində xəstəliklə əlaqəli tibbi tədbirlərin görülməsi və preparatların təchiz ediıməsi ilə bağlı müvafiq məlumatlara nəzarət etmək üçün sistem quracaq. Bu layihə Avropa İttifaqına dərman vasitələrinin istehsalı və alınması ehtiyacını daha yaxşı qiymətləndirməyə kömək edəcək.

Fövqəladə hallar zamanı Səhiyyə Böhranı Heyəti Aİ Şurası, Komissiya, Aİ orqanları və üzv dövlətlər tərəfindən böhranla bağlı tibbi əks tədbirlərin təmin edilməsi və onlara çıxışın təmin edilməsi üzrə tədbirləri koordinasiya edəcək. Heyət Komissiyadan və hər üzv dövlətin bir nümayəndəsindən ibarət olacaq. Bundan əlavə, Komissiya tədbir görməzdən əvvəl mümkün olduqda İdarə Heyəti ilə məsləhətləşməli olacaq.

Tibbi tədbirlər görülməsi və dərmanların satın alınmasına gəldikdə, üzv dövlətlər Komissiyaya mərkəzi satınalma orqanı kimi fəaliyyət göstərmək üçün mandat verə bilərlər. Komissiya müqavilə bağlamaq niyyətində olduğu zaman üzv dövlətləri məlumatlandırmalıdır. Üzv dövlətlər müqavilə layihəsinə öz şərhlərini bildirmək və müqavilədən imtina etmək hüququna sahib olmalıdır.

16 sentyabr 2021-ci ildə Avropa Komissiyası Avropa Səhiyyə Fövqəladə Hallara Hazırlıq və Cavab Qurumunu (HERA) yaratdı. Onun məqsədi dərmanların, peyvəndlərin və digər tibbi əks tədbirlərin (məsələn, əlcəklər və maskalar) hazırlanmasını, istehsalını və paylanmasını təmin etməkdir.

HERA-nın işə salınması ilə yanaşı, Komissiya həmçinin sağlamlıq vəziyyətində fövqəladə hallar zamanı tibbi əks tədbirlərlə bağlı böhran fəaliyyətlərinin hüquqi əsasını təşkil edən Şura qaydası təklif etdi.

20 dekabr 2021-ci ildə nazirlər sağlamlığa ciddi transsərhəd təhdidlər haqqında tənzimləməyə çarpaz istinadları əks etdirmək üçün sonradan uyğunlaşdırılmış mətn üzrə siyasi razılıq əldə etdilər.

Qanun Aİ-nin Rəsmi Jurnalında dərc edildiyi gündən sonra iyirminci gün qüvvəyə minir. O, tamamilə məcburidir və bütün üzv dövlətlərdə birbaşa tətbiq olunur.

Ətraflı məlumat üçün bu keçiddən oxuyun.