Qeyri-AİƏ (Avropa İqtisadi Ərazisi) Beynəlxalq Tələbəri Üçün Hollandiya Təqaüdü

Ölkə: Hollandiya

Dərəcə səviyyəsi: Bakalavr/Magistr

Maliyyələşdirən: Hollandiyanın Təhsil, Mədəniyyət Və Elm Nazirliyi

Müraciət başlayır: 1 Noyabr 2022-ci il

Müraciət üçün son tarix: 1 Fevral/1 May 2023

Qısa Məlumat: Hollandiya Təqaüdü, Avropa İqtisadi Ərazisi xaricində (EEA) olan beynəlxalq tələbələr üçün Hollandiyadakı tədqiqat və ya tətbiqi elm (elmlər) universitetlərindən birində bakalavr və ya magistr təhsili almaları üçün nəzərdə tutulub.

Təqaüd qarşılayır:

  • 5000 AVRO (Bu məbləğ təhsilin ilk ilində verilir)
  • Qrant bir il müddətinə verilir və yalnız bir dəfə alına bilər.

Qeyd: Nəzərə almaq lazımdır ki, bu təqaüd tam təhsil haqqını qarşılamır.

Uyğunluq:

  1. Müraciət edən şəxslər Avropa İqtisadi Ərazisi xaricində yaşayan şəxslər olmalıdırlar;
  2. Şəxs seçdiyi ali təhsil müəssisəsinin xüsusi tələblərinə cavab verməlidir. Bu şərtlər hər bir qurumun veb-saytında əks olunub.
  3. Müraciət edən şəxslər əvvəllər Hollandiyadakı heç bir təhsil müəssisəsində təhsil almamış olmalıdırlar.

Müraciət Proseduru:

  • Hollandiya Təqaüdü üçün birbaşa seçdiyiniz iştirakçı quruma müraciət etməlisiniz.
  • Düzgün son tarixi təsdiqləmək üçün seçdiyiniz qurumun veb saytına baxmalısınız.

Ətraflı məlumat üçün bu keçiddən istifadə edin.