Layden Universiteti Mükəmməllik Təqaüdü

Ölkə: Hollandiya

Dərəcə səviyyəsi: Magistr

Müraciət üçün son tarix: 1 Fevral 2023

Leiden Universitetinin Mükəmməllik Təqaüd Proqramı (LExS) qeyri-AİƏ/ASTB-nə daxil olmayan tələbələrin magistr təhsili almaları üçün nəzərdə tutulub.

Təqaüd qarşılayır:

  • € 10,000 təhsil haqqı
  • € 15,000 təhsil haqqı
  • Qanunla müəyyən edilmiş təhsil haqqı çıxılmaqla ümumi təhsil haqqı.

Qeyd: Nəzərə almaq lazımdır ki, bu təqaüd tam təhsil haqqını qarşılamır. Qeyri-AİƏ vətəndaşları tələbə vizası/yaşayış icazəsi almaq üçün kifayət qədər maliyyə vəsaitlərinin olduğunu sübut etməlidirlər.

Kimlər müraciət edə bilər:

  1. Magistr proqramı üçün müraciət edən qeyri-AİƏ/Qeyri-ASTB (İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə daxil olmaqla bütün Avropa ölkələri) vətəndaşları;
  2. LLM Advanced Studies proqramı və ya Beynəlxalq Münasibətlər və Diplomatiya ixtisası üzrə müraciət edən bütün tələbələr.

Qeyd: Böyük Britaniya qeyri-AİƏ (Avropa İqtisadi Ərazisi) ölkəsi olduğundan, Böyük Britaniyalı tələbələr Leyden Təqaüdü üçün müraciət etmək hüququna malikdirlər.

Uyğunluq:

  • Təqaüdə müraciət edən şəxslərin əvvəlki təhsil dərəcəsinə aid akademik nəticələrinin yüksək olması məqsədəuyğundur.

Müraciət proseduru:

  • Magistr proqramına müraciət onlayn şəkildə olur və əgər varsa, müraciət haqqı ödənilir;
  • Onlayn şəkildə edilən müraciətin təqaüd bölməsində Leyden Universitetinə müraciət etmək istədiyinizi qeyd edin;
  • Motivasiya məktubunu onlayn müraciətinizdə göstərildiyi kimi yükləyin. Motivasiya məktubu max. 500 sözdən ibarət olmalıdır və hansı səbəblərə görə təqaüdü almaq istədiyiniz ehtiva olunmalıdır.
  • Onlayn ərizəniz təqaüd üçün müraciətin son tarixindən 1 gün əvvəl təqdim olunmalıdır.
  • Birdən çox təhsil proqramı üçün Leyden Universitetinə müraciət etdiyiniz təqdirdə bunu hər ərizədə aydın şəkildə göstərməyiniz və hər bir ərizəylə birlikdə motivasiya məktubu yükləməyiniz tələb olunur.

Seçim proseduru:

  • Fakültə seçim komitələri Leyden təqaüdü üçün uyğun namizədləri müəyyənləşdirdikdən sonra müraciətin son tarixindən 6 ay əvvəlcədən Təqaüdlər Qrupunu bu barədə məlumatlandırır.
  • Təqaüdlər Qrupu bütün ərizəçilərə aldığı qərarlar barədə bilgi verəcəkdir.

Ətraflı məlumat üçün bu keçiddən istifadə edin.