Beynəlxalq tələbələr üçün Maastrixt Universiteti Hollandiya Yüksək Potensial Təqaüd Proqramı

Ölkə: Hollandiya

Dərəcə səviyyəsi: Magistr

Son müraciət tarixi: 1 Fevral 2023

Maliyyələşdirən: Maastrixt Universiteti, Hollandiya

Proqramın başlayacağı tarix: Sentyabr, 2023-cü il

Qısa məlumat: Maastrixt Universiteti (UM) Hollandiya -Yüksək Potensial Təqaüd proqramı Avropa İttifaqına (Aİ) daxil olmayan ölkələrdən magistraturaya qəbul olunmuş yüksək istedadlı tələbələr üçün 30.000 avro dəyərində (təhsil haqqı və aylıq təqaüd daxil olmaqla) 24 tam təqaüd təklif edir.

Təqaüd qarşılayır:

  • Yaşayış xərcləri (13 ay üçün –12,350€; 25 ay üçün –23,750€);
  • Sağlamlıq və məsuliyyət sığortası (700€);
  • Viza xərcləri (207€);
  • Təhsil haqqı;
  • Akademik tədris ili başlamadan əvvəl təlim xərcləri.

Qeyd: Yüksək Potensial Təqaüd Proqramı 1 illik magistr proqramı üçün 13 ay, 2 illik Proqram üçün isə 25 ay müddətinə nəzərdə tutulub.

Proqrama müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Aİ/AİB-dan kənar bir ölkə vətəndaşlığına sahib olmaq və Hollandiya üçün giriş vizası və yaşayış icazəsi almaq üçün müəyyən tələblərə cavab vermək;
  • Aİ/AİB ölkələrinin hər hansı birindən ikili vətəndaşlıq olmamalıdır;
  • Müraciət edilən magistr proqramının xüsusi qəbul tələblərinə cavab vermək;
  • Əvvəllər Hollandiyadaki hər hansı ali, ibtidai və ya orta təhsil proqramında iştirakın qeyri-mövcudluğu;
  • 09.2023-cü ilə qədər 35 yaşın tamam olmaması;
  • Qiymət transkripti üzrə akademik nəticələrin yüksək səviyyədə olması; (Müraciət edən şəxslər arasında bərabər səviyyəli nəticə göstərənlər varsa, onlar arasından ən yaxşı 5%-liyə düşən şəxslərə üstünlük veriləcək).

Müraciət proseduru:

Təqaüdə müraciət etmək üçün əvvəlcə Maastrixt Universitetinin müvafiq Magistr Proqramı üçün ərizə ilə qeydiyyatdan keçmək lazımdır. Ərizə Studielink vasitəsilə təqdim edildikdən sonra, Təqaüd Ərizə Formasını doldurmaq və təqdim etmək üçün lazım olan tələbə şəxsiyyət nömrəsi veriləcək. Daha sonra ərizə forması doldurulmalı, tələb olunan sənədlər yüklənməli və ərizə onlayn şəkildə təqdim edilməlidir.

Ətraflı məlumat üçün bu keçiddən istifadə edin.