Azərbaycan Respublikasının Albaniya, Keniya və İsraildə səfirlikləri açılacaq

Azərbaycan Respublikası Milli Məclisinin 18 noyabr tarixində keçirilən plenar iclasında Azərbaycan Respublikasının Albaniya, Keniya və İsraildə səfirliklərinin açılması məsələsi müzakirə olunub. Verilən qərara əsasən, Azərbaycanın Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirliyi paytaxt Nayrobidə, İsraildəki səfirliyi isə paytaxt Təl-Əvivdə yerləşəcək.

Qeyd edək ki, ölkənin ali qanunu olan Konstitusiyanın 95-ci maddəsinə əsasən Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi AR Milli Məclisinin həll etdiyi məsələlərə aiddir. Həmçinin vurğulamaq vacibdir ki, Konstitusiyanın 109-cu maddəsinə əsasən sözügedən diplomatik nümayəndəliklərin təsis edilməsi üçün Azərbaycan Respublikası Prezidenti bu barədə Milli Məclisə təqdimat verir.

Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrin təyin edilməsi, geri çağırılması, xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrinin qəbul edilməsi məsələləri də AR Prezidentinin səlahiyyətlərinə aiddir.