“İcbari sığortalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üzrə müqayisəli təhlil

Qanun layihəsində “İcbari sığortalar haqqında” qanununda dəyişikliklərdən biri odur ki, qanunla nəzərdə tutulmuş hər hansı icbari sığorta növünün aparılmasına nəzarəti bir başa olaraq Azərbaycan Respublikasınının Mərkəzi Bankına (bundan sonra – Mərkəzi Bank) həvalə olunmuşdur. Köhnə qanunvericilikdə “maliyyə bazarlarına nəzarət orqanı” qeyd edilməsi, sığorta münasibətlərində dövlət nəzarətini dəqiq olaraq hansı səlahiyyətli dövlət orqanına həvalə olunması məsələsində problem yaşatsa da, qüvvəyə minmiş yeni redaksiyada bir başa Mərkəzi Bankın səlahiyyətlərinə verilmişdir.

Sözü gedən qanunda mühüm dəyişikliklərdən biri də odur ki, köhnə qanunvericilikdə Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında qanunun” tələbini nəzərə almaqla sığortaçının təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsi ilə həyata keçirilirdi.  Mövcud olan qüvvəyə minmiş yeni redaksiyaya əsasən zərərin müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə Mülki Məcəllənin 925-1-ci maddəsinə uyğun olaraq  bu qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Eyni zamanda mövcud redaksiyada zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilməsi bir başa olaraq sığorta şirkətlərinin üzərinə qoyulmuşdur. Mövcud redaksiyaya qədər zərərin qiymətləndirilməsinə çəkilən xərclər kim tərəfindən qarşılanması məsələsi  qanunvericilikdə konkret olaraq müəyyən olunmadığından müstəqil ekspertə və digər xərclərin ödənilməsi məsələsində hər dəfə təcrübədə problem yaşanırdı.

Mövcud qanunvericiliyə əsasən sığorta hadisəsi hesab edilə bilə bilən halın baş verməsi faktını təsdiq edən müvafiq icra hakimiyyəti orqanının verdiyi yol-nəqliyyat hadisəsi haqqında arayış İcbari Sığorta haqqında qanunun 58.2 maddəsində nəzərdə tutulan şərtlərin hər birinin mövcud olduğu hallarda yol-nəqliyyat hadisəsi iştirakçılarının tərtib etdiyi və həmin şərtlərin mövcudluğunu təsdiq edən protokolu sığortaçıya təqdim etmələri şərti ilə tələb olunmur. Qanunda nəzərdə tutulan dəyişiklər əsasən  sözü gedən protokol informasiya sistemi vasitəsi ilə yol-nəqliyyat hadisəsi iştirakçılarına elektron forma da tərtib oluna bilmə imkanını təqdim edir.

Mühüm dəyişikliklərdən biri də sığorta şəhadətnamələri ilə bağlıdır. Belə ki, dəyişikliyə əsasən verilən sığorta şəhadətnamələri artıq yalnız elektron formada tərtib ediləcək. Həmçinin dəyişikliklə Sığortaçı və İcbari Sığorta Bürosu sığortalının və ya sığorta olunanın elektron sənəd formasında olan icbari sığorta şəhadətnaməsinə ən azı 5 il müddətində əlçatanlığını, habelə onu kağız daşıyıcıya keçirmək və elektron poçt ünvanına yönləndirmək imkanını təmin etməlidir.

Qeyd etmək lazımdır ki, dəyişikliyə əsasən, dəyişikliklər qüvvəyə minənədək kağız formada verilmiş icbari sığorta şəhadətnaməsi elektron sənəd formasında tərtib edilmiş icbari sığorta şəhadətnaməsinə bərabər tutulur. Kağız formada verilmiş icbari sığorta şəhadətnaməsi itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə sığortalıya dublikatın əvəzində elektron sənəd formasında tərtib edilmiş icbari sığorta şəhadətnaməsi təqdim edilir.

Həmçinin artıq icbari sığorta şəhadətnaməsinin məzmunu və formasını MM-in müddəaları nəzərə alınmaqla Mərkəzi Bank müəyyə edəcək. Bu da öz növbəsində stabilliyə və vahidliyə səbəb olacaq.

Qanunla buradan tanış ola bilərsiz.

Hazırladılar: Murad İsmayılov, Səttar Məmmədov

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.