Macarıstan Hökuməti Təqaüdü 2023/2024

Ölkə: Macarıstan

Maliyyələşdirən: Macarıstan Hökuməti

Dərəcə: Bakalavr, Magistr, Doktorantura

Son Müraciət Tarixi: 15 Yanvar 2023

Qısa Məlumat: Macarıstan Hökuməti Təqaüdü 2023 bakalavr, magistr, bir pilləli magistr və doktorantura təhsil pilləri üzrə təqaüd imkanı təklif edən nüfuzlu Hökumət Təqaüdüdür. Təqaüd dünyanın hər yerindən olan beynəlxalq tələbələr üçün açıqdır. IELTS məcburi deyil. Müraciət üçün hər hansı məvacib tələb olunmur. Təqaüd gediş-gəliş biletləri də daxil olmaqla bütün xərcləri qarşılayır. Təqaüd proqramı üçün 5000 beynəlxalq tələbənin seçilməsi nəzərdə tutulmuşdur.

Təqaüd qarşılayır:

  • Aylıq 43,700 Macarıstan Forinti;
  • Qonaqlama;
  • Sağlamlıq sığortası;
  • Seçilmiş tələbələr biletlə təmin olunacaq.

Tələb olunan sənədlər: (Aşağıdakı sənədlər təqaüdə müraciət edilməzdən öncə hazırlanmalıdır).

  • Təhsilinizi təsdiq edən sənəd (Orta məktəb, Universitet və ya Kollec Diplomu / Sertifikatı və ya bu sənədlərin hər hansı ekvivalenti (bütün sənədlər ingilis dilinə tərcümə edilməlidir);
  • Vətəndaşlığınızı təsdiq edən sənəd (pasport);
  • Tərcümeyi-hal
  • Tibbi arayış

Qeyd: Universitetin Tibb proqramına müraciət edən Amerika Birləşmiş Ştatlarının vətəndaşları və ya daimi sakinləri Tibb Fakültəsinə Qəbul Testinin nəticələrini təqdim etməlidirlər.

Müraciət proseduru:

Müraciət Prosesi onlayndır və bütün müraciətlər onlayn şəkildə təqdim edilməlidir.

Müraciət üçün bu linkə keçid edə bilərsiniz.

Ətraflı məlumat üçün bu keçiddən istifadə edə bilərsiniz.