Milad bayramının hüquqi aspektləri

Bütün xristianlar üçün əsas bayramlardan biri – Milad bayramıdır. Milad bayramı yenilənmənin və Allahla birliyin simvoludur. Katolik kilsəsi bu bayramı dekabrın 25-26, pravoslav kilsəsi isə yanvarın 7-də qeyd edir.

Bu bloqda biz ən qəribə Milad bayramı ilə bağlı qanunları və məhkəmə işlərindən danışacağıq.

Ən Qəribə “Milad Qanunları”:

  1. “Şirniyyatların qadağan edilməsi haqqında Akt” 1644 – Böyük Britaniya.

1644-cü ildən Britaniyada Milad bayramında şirniyyat yemək qadağan edilib. Hələ 17-ci əsrin ortalarında Böyük Britaniyada Milad bayramının qeyd edilməsini əxlaqsızlıq hesab edərək, onun qeyd olunmasının qadağan edilməsi barədə qərar qəbul edilib. Bu baxımdan bayramın bir çox atributları, o cümlədən şirniyyatlar qadağa altına düşdü.

  1. İşləmək qadağası.

1677-ci ildə II Çarlz Milad günü (25 dekabr) hər hansı bir “şəxsin hər hansı bir işlə məşğul olmasını və ya yerinə yetirməsini” qadağan edən qanun qəbul edib.

  1. Parkinq qadağası.

1780-ci ildə Corc III kilsənin yaxınlığında park edilmiş istənilən avtomobili müsadirə edib satmağa icazə verən qanun qəbul etdi. Pul kasıblara və ehtiyacı olanlara paylandı.

  1. ABŞ-da sökülməmiş Milad işıqlarına görə cərimələr.

ABŞ-da Milad işıqlarının Miladdan sonra nə qədər yanacağını tənzimləyən qanunlar var. San Dieqoda fevralın 2-nə qədər işıqları çıxarmamağa icazə verilir. Qanunu pozanları 250 dollar cərimə gözləyir. Men ştatında cərimələr yanvarın 15-dən sonra istənilən vaxt tətbiq edilə bilər.

  1. Ticarət qadağası.

Böyük Britaniya və Uelsin Milad Günü Ticarət Qanunu 2004-cü ildə böyük mağaza və supermarketlərin açılmasını qadağan edir. Qanunun məqsədi Milad bayramını “xüsusi” gün etməkdir.

Milad Bayramı ilə bağlı qəribə hüquqi işlər:

  1. Saxta şəxsiyyət vəsiqəsi – Santa Klaus.

Uorren Hayes “Şaxta baba” adı ilə rəsmi şəxsiyyət vəsiqəsi alıb. Bundan əlavə, onun ünvanı: 1 Noel Drive, Şimal Qütb, ABŞ, olaraq keçirdi. O, kiçik bir qəza keçirdikdən sonra polis saxta vəsiqəsini aşkarlayıb. Uorren, Ohayo Qanununun “saxta adlardan istifadə” maddəsi ilə ittiham olunub.

  1. Oğru – Şaxta baba cinayət yerindən qaçmaq istədikdən sonra 6 saat bacada ilişib qalıb. Sietl yanğın söndürənləri qonşularından birinin kömək üçün qışqırdığını bildirdikdən sonra çılpaq kişini bacadan çıxarıblar. O, oğurluqda ittiham edilərək 17 ay müddətinə azadlıqdan məhrum edilib.
  2. “Milad bayramı üçün tək istədiyim sənsən” – “All I Want for Christmas Is You” mahnısı.

Mahnı müəllifi Endi Stoun amerikalı müğənni Mariah Karey-ni müəllif hüquqlarını pozduğuna görə məhkəməyə verib.

Endi Stounun iddia edir ki, mahnı 5 il əvvəl onun tərəfindən yazılıb, mahnı isə 1994-cü ildə Karey tərəfindən oxunulub. Onun sözlərinə görə, o, heç vaxt sinqldan istifadə etməyə icazə verməyib və buna görə də məşhuru plagiatlıqda ittiham edir. Luiziana Rayon Məhkəməsində qaldırılan iddiaya əsasən, Stoun Keridən 20 milyon dollar təzminat tələb edib.

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.