Harvard Universitetində Liderlər Proqramı 2023

Qısa məlumat: Harvard Biznes Məktəbinin professorları tərəfindən təsis edilən tam təqaüdlü, liderliyin inkişafı proqramı olan “Aspire Liderlər Proqramı” bütün dünyada kifayət qədər xidmət ala bilməyən gənclərin həyatını dəyişdirir və onlara özlərini inkişaf etdirmək üçün imkan yaradır.

İnkişaf etmək istəyən gəncləri, dünyanın hər yerindən olan öz həmyaşıdları arasında mədəniyyətlərini təmsil etmək, ölkələrini tanıtmaq, əlaqələrini və təhsil imkanlarını genişləndirmək üçün bu fürsətdən faydalanmağa dəvət edirik.

Üstünlüklər:

  • Qlobal əlaqələrin genişləndirilməsi;
  • Tam təqüdlü HarvardX sertifikatı;
  • Harvard fakültəsinin və dünyanın hər yerindən olan müəllimlərlə seminarlar;
  • $10,000 ABŞ dollarına qədər icma qrantı;
  • 1000 ABŞ dollarına qədər akademik və peşəkar qrantlar.

Uyğunluq şərtləri:

  • 18-26 yaş aralığında olan şəxslər (bəzi istisnalar ola bilər);
  • Bakalavr dərəcəsini tamamlamayan şəxslər;
  • Hal-hazırda bakalavr proqramı üzrə təhsil alanlar və ya yeni məzun olan şəxslər;
  • Silahlı münaqişə və ya fors major hallar səbəbindən təhsilini tamamlaya bilməyən şəxslər (qaçqınlar və s.)

Müraciət proseduru:

  • Son müraciət tarixi 11.01.2023-cü ildir;
  • Bu link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.

Ətraflı məlumat üçün bu keçiddən istifadə edin.