“Avropa Məhkəməsinin qərarlarının Azərbaycan tərəfindən icrasının təkmilləşdirilməsinə dəstək” layihəsi

Qısa məlumat: “Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarının Azərbaycan Tərəfindən İcrasının Təkmilləşdirilməsinə Dəstək” Layihəsi hal-hazırda həyata keçirilir. Bu kontekstdə layihə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) presedent hüququnun və Azərbaycan tərəfindən qərarların icrasını dəstəkləmək məqsədilə intellektual xidmətlərin göstərilməsi üçün yerli qısamüddətli məsləhətçilər axtarır.

Müraciət qaydası:

  • Son müraciət tarixi: 25 Yanvar 2023-cü il, saat 18:00 (Bakı vaxtı ilə)
  • Layihə ilə maraqlanan və tələb olunan meyarlara cavab verən şəxslər Tender faylında tələb olunan sənədlərlə birlikdə (“Çərçivə Aktı”,CV və s.) müraciət edə bilərlər.
  • Bütün ərizələr “Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsini dəstəkləmək üçün yerli qısamüddətli məsləhətçilərin seçimi üzrə tender” başlığı qeyd olunmaqla [email protected] ünvanına göndərilməlidir.

Bütün suallar tenderlərin təqdim edilməsi üçün son tarixdən ən azı 5 (beş) iş günü əvvəl təqdim edilməli və yuxarıda göstərilən e-poçt ünvanına mövzu sətirində aşağıdakı qeyd olunmaqla ünvanlanmalıdır:

“Suallar – AİHM qərarlarının Azərbaycan tərəfindən icrasını dəstəkləmək üçün yerli qısamüddətli məsləhətçilərin seçimi üzrə tender”.

Əlavə məlumat üçün bu keçiddən istifadə edə bilərsiniz.