Avropa Parlamentinin Saxarov Təqaüdü

Son müraciət tarixi: 29 yanvar 2023-cü il

Məkan: Brüssel və Veneziya (Qeyd: Üzrlü səbəblərdən dolayı təlim onlayn keçirilə bilər)

Seçilmiş namizədlər ən gec 3 Mart 2023-cü il tarixinə qədər poçtla məlumatlandırılacaqlar.

Namizədlərə olan tələblər:

  • Qeyri-hökumət təşkilatlarında və ya insan haqları sahəsində müəyyən qədər təcrübələri olmalıdır;
  • Brüssel və Veneziyada həyata keçiriləcək tədbirlərdə müzakirələrdə iştirak etmək üçün yetərli İngilis dili səviyyəsinə malik olmaldırlar.

Təqaüdə daxildir:

  • Səyahət xərci;
  • Brüssel və Veneziyada qonaqlama və gündəlik yaşam xərcləri.

Qeyd: İştirakçıların seçimi zamanı onların sayında gender bərabərliyi nəzərə alınacaq. 

Qısa məlumat: Bu təqaüd Avropa İttifaqına daxil olmayan ölkələrdən seçilmiş 14-ə qədər insan hüquqları müdafiəçisinə Brüsseldə və Venesiyadakı İnsan Hüquqları üzrə Qlobal Kampusda iki həftəlik intensiv təlim keçmək imkanı təklif edir.

Saxarov təqaüd proqramı çərçivəsində insan hüquq müdafiəçiləri aşağıdakılara nail olacaqlar:

  • Avropa İttifaqı və beynəlxalq insan hüquqları, siyasət və mexanizmləri haqqında biliklərini artırmaq;
  • İnsan hüquqlarının müdafiəsi üçün müsbət dəyişikliklərin tərəfdarı olmaq və bacarıqlarını inkişaf etdirmək;
  • Əldə etdikləri bilik və təcrübələri bölüşmək, proqram təqaüdçüləri arasında əlaqələri daha da genişləndirmək;
  • Avropa İttifaqı Parlamenti və öz ölkələrindəki Aİ Parlamentinin nümayəndəsi ilə davamlı olaraq əlaqədə olmaq.

Ətraflı məlumat

Ətraflı məlumat üçün vebsəhifəyə daxil ola bilərsiniz.