İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi (Azərbaycan Ermənistana qarşı) – Beynəlxalq Ədalət Məhkəməsi

Azərbaycan Ermənistanla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib.

Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin ali məhkəmə orqanı olmaqla dövlətlərarası münasibətləri tənzimləyir. Onun əsas vəzifələri dövlətlər arasında hüquqi mübahisələri tənzimləmək, səlahiyyətli beynəlxalq orqanlar və qurumlar tərəfindən ona təqdim edilmiş hüquqi məsələlər üzrə məsləhətçi rəy verməkdir.

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya üzərindən müraciət etmişdir. Konvensiya 21 dekabr 1965-ci ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmişdir, əsas istiqamətləri irqi ayrı-seçkiliyin hər cür formasına qarşı mübarizə və bunun üçün dövlətlərin əməkdaşlığıdır.

Müraciətdə Azərbaycan tərəfi  Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş müvəqqəti müdafiə tədbirlərini həyata keçirmədiyinə dair təsdiqlənmiş məlumatları Məhkəməyə təqdim edib. Azərbaycan tərəfindən verilmiş əsas tələblər konflikt nəticəsində zərər çəkən məcburi köçkünlərin öz torpaqlarına qayıtması, Ermənistanın işğaldan azad olunmuş ərazilərdə gizlətdiyi minalardan eləcə də hər hansı partlayıcı digər vasitələrdən istifadə edilməməsinə dair təminat olmuşdur.

Daha ətraflı məlumat üçün keçiddən istifadə edin.