Türkiyə Bursları Təqaüdləri 2023-24

Son müraciət tarixi: 20 Fevral 2023-cü il

Müraciət haqqı: Yoxdur

Maliyyələşdirən: Türkiyə Respublikası

Türkiyə Respublikası pulsuz təhsil almaq üçün tələbələrə Bakalavr, Magistr və PhD dərəcələri üçün təqaüdlü burs proqramları təklif edir. Təqaüdün məqsədi müxtəlif ölkələr arasında qarşılıqlı əlaqələri genişləndirməkdən ibarətdir.

Təqaüd qarşılayır:

  • Təhsil xərcləri;
  • Gediş-dönüş bileti;
  • Sağlamlıq sığortası;
  • Qonaqlama xərcləri;
  • 1 illik Türk Dil Kursu

Bundan başqa bakalavr dərəcəsi üzrə təhsil alan tələbələr üçün aylıq 800 TL, magistratura dərəcəsi üzrə təhsil alanlar üçün 1100 TL və doktorantura dərəcəsi üzrə təhsil alanlar üçün isə 1600 TL təqaüd nəzərdə tutulmuşdur.

Uyğunluq:

Bütün beynəlxalq tələbələr təqaüdə müraciət edə bilərlər.

  • Bakalavr dərəcəsi üzrə müraciət edən şəxslər 21 yaşdan kiçik olmalı və əvvəlki dərəcə üzrə ən azı 70% bal ortalamasına malik olmalıdırlar.
  • Magistratura dərəcəsi üzrə müraciət edən şəxslər 30 yaşdan kiçik olmalı və minimum 75% bal ortalamasına malik olmalıdırlar.
  • Doktorantura dərəcəsi üzrə müraciət edən şəxslər 35 yaşdan kiçik olmalı və minimum 75% bal ortalamasına malik olmalıdırlar.
  • Sağlıq elmləri (Tibb, Stomatologiya və Əczaçılıq) ixtisasları üzrə təhsil almaq istəyən tələbələr ən az 90% bal ortalamasına malik olmalıdırlar.
  • Türkiyədə təhsil alan tələbələr bu təqaüdə müraciət edə bilməzlər;
  • Hazırda və ya əvvəllər Türkiyə vətəndaşları olan şəxslər bu bursa müraciət edə bilməzlər.

Müraciət etmək üçün lazım olan sənədlər:

  • Şəxsiyyət vəsiqəsi və ya xarici pasport;
  • Namizədin yaxın bir zamanda çəkilən şəkili;
  • Milli imtahan nəticələri (heç bir beynəlxalq ixtisas və ya sertifikata malik olmayan namizədlər üçün tələb olunur);
  • Diplom və ya müvəqqəti məzuniyyət sertifikatı;
  • Akademik transkript (onlayn ekran görüntüləri və təsdiqlənməmiş transkriptlər müraciətin qiymətləndirilməsi zamanı mənfi olaraq dəyərləndiriləcək);
  • Beynəlxalq imtahan nəticələri (Seçilmiş universitet və proqram tələb edərsə, GRE, GMAT, DELF, YDS, YÖS və s.);
  • Dil üzrə imtahan nəticəsi (seçilmiş universitet və proqram tələb edərsə);
  • Araşdırma işinin nümunəsi (yalnız doktorantura üçün müraciət edən tələbələr üçün keçərlidir).

Müraciət proseduru:

Müraciət üçün bu linkə keçid edə bilərsiniz.

Ətraflı məlumat:

Ətraflı məlumat üçün bu keçiddən istifadə edə bilərsiniz.