DMA və tətbiq mağazası ilə bağlı müddəalar üzrə seminar

Yer: Brüssel

Vaxt: 6 mart 2023-cü il

Son müraciət tarix:

Canlı iştirak üçün: 20 fevral 2023-cü il, Brüssel vaxtı ilə 18:00

Onlayn iştirak üçün: 2 mart 2023-cü il, Brüsell vaxtı ilə 18:00

Qısa Təsvir

Seminarda Rəqəmsal Bazarlar Aktı ilə effektiv uyğunluğun necə təmin ediləcəyi müzakirə olunacaq.

Bu seminarda alternativ tətbiqdaxili ödəniş sistemləri, idarəetmə və saydloadinq kimi məsələlər müzakirə olunacaq.

Komissiyanın giriş qeydlərindən  sonra uyğunluqla bağlı konkret praktiki suallara dair bir neçə panel keçiriləcək. Fərqli panellər xüsusilə tətbiqdaxili ödəniş sistemləri, idarəetmə, yalnız istehlak üçün tətbiqlər, veb-əsaslı proqramlar, saydloadinq, alternativ tətbiq mağazaları və tətbiq mağazalarına giriş üçün FRAND şərtləri kimi mövzulara diqqət yetirəcək.

Seminarın gündəliyi, məruzəçilərin siyahısı ilə birlikdə qısa zamanda dərc olunacaq.

Yuxarıdakı məsələlər canlı və ya onlayn şəkildə iştirak edən bütün iştirakçılar arasında hərtərəfli müzakirə başlamazdan əvvəl seçilmiş panel üzvlərinin hər birinin müvafiq panellərində qısa şəkildə təqdim ediləcək. Hibrid müzakirəni asanlaşdırmaq üçün sli.do hər iki tədbirdə auditoriyadan suallar toplamaq və seçmək üçün istifadə olunacaq. Bu, həm də Komissiyaya qaldırılmış, lakin vaxt məhdudiyyətinə görə seminarlarda həll edilə bilməyən məsələləri nəzərə almağa imkan verəcək.

Seminar zamanı müzakirə qeyri-məxfi məlumatların mübadiləsinə əsaslanacaq və hər hansı həssas biznes məlumatı daxil edilməməlidir, çünki seminarlar ictimaiyyət üçün də açıqdır.

Seminarda Komissiyanın Albert Borschette Mərkəzində şəxsən iştirak edə və ya interaktiv platforma vasitəsilə onlayn iştirak edə bilərsiniz.

Tutum məhdudiyyətlərinə görə otaqda hər bir seminar üçün təxminən 80 nəfər ola bilər. Otaqda iştirak hər müəssisə/təşkilat üzrə bir nümayəndə ilə məhdudlaşacaq. Jurnalistlər, məsləhətçilər, kənar hüquqşünaslar və digər akademiklər və ya tələbələr də daxil olmaqla digər iştirakçılar suallar vermək imkanı ilə onlayn seminarlara dəvət olunurlar. Seminarlar ingilis dilində keçiriləcək. İştirakçıların tərcümə ilə təmin edilməsi nəzərdə tutulmur.

Ətraflı məlumat

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil olun.