Hüquq məsləhətçisi vakansiyası: Maliyyə bazarlarının hüquqi təminatı şöbəsi

Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamenti Maliyyə bazarlarının hüquqi təminatı şöbəsində Hüquq məsləhətçisi vakansiyası elan edir.

Namizəddə axtarılacaq tələblər

  • Təhsil: Hüquq üzrə ali təhsil;
  • Mülki hüquq, o cümlədən bank, qiymətli kağızlar və ya sığorta hüququ sahəsində ümumi biliklər – Yaxşı səviyyədə;
  • Hüquqşünaslıq ixtisası üzrə 2il  iş təcrübəsi (azı 1 ili maliyyə bazarları sahəsində);
  • Dil bilikləri: Azərbaycan və İngilis dili yüksək səviyyədə, Rus dili arzuolunandır;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Davranış kompetensiyaları: Analitik və hüquqi düşüncə.

Vəzifə öhdəlikləri:

  • Maliyyə bazarlarına aid olan mövcud qanunvericiliyin təkmilləşdirilməsi prosesində və hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir;
  • Normayaratma prosesində mütəmadi olaraq maliyyə bazarları sahəsində beynəlxalq təcrübəni öyrənir, müqayisəli təhlil aparır, zəruri arayışlar, təqdimat materialları və təkliflər hazırlayır;
  • Tapşırığa əsasən qüvvədə olan qanunvericilik və digər hüquqi aktlar barədə arayışlar hazırlayır;
  • Mərkəzi Banka daxil olan hüquqi aktların layihələrinə dair rəy və təkliflərin hazırlanmasında iştirak edir;
  • Qanunvericilikdəki yenilikləri, o cümlədən ümumi iqtisadi münasibətləri və maliyyə bazarlarını tənzimləyən hüquqi aktları daimi əsasda təhlil edir, lazımi arayışlar və materiallar hazırlayır;
  • Hüquqi məsələlərə dair Şöbəyə daxil olan müraciətlərə və sorğulara cavablar hazırlayır, layihələrə rəy bildirir;
  • Mərkəzi Bank tərəfindən qəbul edilən normativ xarakterli aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə müvafiq tədbirlər görür.

Uyğun namizədlərlə test mərhələsi baş tutacaqdır. Test mövzuları aşağıdakılardır:

  • Mülki məcəllə
  • Bank qanunvericiliyi
  • Sığorta qanunvericiliyi
  • Konstitusiyanın əsasları
  • Qiymətli kağızlar bazarına aid qanunvericilik
  • “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu
  • Məntiq
  • İngilis dili
  • Ümumi kompüter bilikləri

Son müraciət tarixi:  05.04.2023

Ətraflı məlumat əldə etmək və müraciət etmək üçün bu keçiddən istifadə edin.