Qanunvericilik yeniliklərinin 2020-ci il iyun ayı üzrə olan IV buraxılışı aşağıda qeyd edilən dəyişiklikləri ehtiva edir:
- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildi
- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununda dəyişiklik edildi
- Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edildi
- Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Qiymətləndirmə fəaliyyəti haqqında” və “İcra məmurları haqqında” Qanunlarında dəyişiklik edildi
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi
- “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildi
- “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi
- “Azərbaycan Respublikasının xarici ölkələrlə əməkdaşlığı üzrə birgə komissiyaların Azərbaycan tərəfinin fəaliyyəti haqqında Əsasnamə” təsdiq edildi
- “Məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi Qaydaları” təsdiq edildi
- “Məhkəmə ekspertinin etik davranış kodeksi” təsdiq edildi