LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.
Missiyamız hüquqşünaslarda akademik hüquqi yazı qabiliyyətini formalaşdırmaq yolu ilə hüquq elminin və təcrübəsinin inkişafına töhfə vermək və hüquqşünasların və hüquq tələbələrinin özünü inkişafına dəstək göstərməkdir.
Əsası 2019-cu ilin iyul ayında qoyulan Lawels sizin inkişafınız üçün fürsətləri vahid platformada əlçatan edir. Bloq mütəmadi olaraq yeni layihələrə və imkanlara doğru irəliləyir.
İnkişafınız naminə bizimlə qalın!
Məqsədlərimiz
Hüquqşünasları aktual problemlər üzrə fikirlərini, məqalələrini və təcrübələrini paylaşacaqları platforma ətrafında birləşdirmək;
Hüquq sahəsində akademik yazı ənənəsinin inkişafına təkan vermək;
Hüquqşünaslarda hüquqi yazı, araşdırma və tənqid qabiliyyətini formalaşdırmaq;
Hüquqşünasların müxtəlif istiqamətlərdə özünü inkişafına dəstək vermək;
Qanunvericilikdə baş verən mühüm yeniliklər üzrə oxucuları məlumatlandırmaq;
Hüquq təcrübəsinin və elminin inkişafına töhfə vermək.
Komandamız
Co-Founder and Editor-in-chief
Rahil Məmmədov
Senior Editor
Səttar Məmmədov
Editor
Aytac Məmmədova
Marketing Manager
Leyla Abdullayeva
Junior Editor
Taleh Abbaslı
Laman Karimova
Murad İsmayılov
Nurana Aslanova
Elvin Karimli
Nərmin Abbasova