Azərbaycan Respublikası qanunvericiliyinə edilən mühüm dəyişikliklərin xülasəsi üzrə VII Buraxılış 2020-ci il noyabr ayı üzrə aşağıdakı dəyişikliklərdən bəhs edir:
- Azərbaycan Respublikası Prezidenti “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzaladı;
- Azərbaycan Respublikası Prezidenti “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı;
- “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edildi;
- Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Sərəncam imzaladı;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edildi;
- “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişiklik edildi;
- Azərbaycan Respublikası Nazirlər Kabineti “Aqrar sığorta Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul etdi;
- “Dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturundan tədqiqatçıların istifadəsi Qaydası” təsdiq edildi;
- “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları” təsdiq edildi;
- “Malların ixrac qeydi ilə satışı Qaydası” təsdiq edildi.