Son müraciət tarixi. I hissə- 1 Avqustun – 30 sentyabr, II hissə – 1 Dekabr- 31 yanvar.
Qısa məlumat.
Təcrübə Proqramı, magistr və ya doktorantura tələbələrinin AİB-nın cari fəaliyyətinə əsaslanan tapşırıqlar üzrə təcrübə qazanması üçün layihə yönümlü bir təhsil fürsətidir.
Təcrübə proqramı:
- böyük bir beynəlxalq inkişaf təşkilatında işləmək;
- 50-dən çox fərqli ölkədən təcrübəli mütəxəssislərlə çalışmaq;
- inkişaf maliyyəsi və AİB-in gördüyü işlərin təsiri barədə daha dərindən məlumat əldə etmək; və
- tədqiqat nəticələri ilə AİB-in işinə töhfə vermək imkanı verir.
Kimlər müraciət edə bilər?
Təcrübə proqramı üçün namizədlər:
- həm təcrübə proqramından əvvəl həm də sonra AİB üzv ölkələrindən birində magistr və ya doktorluq səviyyəsində bir proqramda təhsil almalı;
- birbaşa AİB-in işi ilə əlaqəli bir sahədə ali təhsil almalı;
- AİB üzvlərindən birinin vətəndaşı olmalı;
- İngilis dilini mükəmməl bilməli; və
- tapşırıqlarla əlaqəli peşəkar təcrübəyə sahib olmalıdırlar.
Ətraflı məlumat.
Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.