QANUNVERİCİLİYƏ EDİLƏN MÜHÜM DƏYİŞİKLİKLƏRİN XÜLASƏSİ ÜZRƏ IX BURAXILIŞ

Azərbaycan Respublikası qanunvericiliyinə edilən mühüm dəyişikliklərin xülasəsi üzrə IX Buraxılış 2021-ci ilin yanvar ayı üzrə edilən aşağıdakı dəyişikliklərdən bəhs edir:

  1. Azərbaycan Respublikası Prezidenti “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması və Qarabağ Dirçəliş Fondunun Nizamnaməsinin təsdiq edilməsi haqqında Fərman imzaladı;
  2. Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin yaradılması haqqında Fərman imzaladı;
  3. Azərbaycan Respublikası Prezidenti media sahəsində islahatların dərinləşdirilməsi və Medianın İnkişafı Agentliyinin Nizamnaməsinin təsdiqi haqqında Fərman imzaladı;
  4. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edildi;
  5. Azərbaycan Respublikası Prezidenti Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzaladı;
  6. “Startapın müəyyən olunması meyarları” və “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları” təsdiq edildi.

QANUNVERİCİLİYƏ EDİLƏN MÜHÜM DƏYİŞİKLİKLƏRİN XÜLASƏSİ ÜZRƏ IX BURAXILIŞI BURADAN YÜKLƏYƏ BİLƏRSİNİZ.