Azərbaycan Respublikası qanunvericiliyinə edilən mühüm dəyişikliklərin xülasəsi üzrə X Buraxılış 2021-ci ilin fevral ayı üzrə edilən aşağıdakı dəyişikliklərdən bəhs edir:
- “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti sərəncam imzaladı;
- “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildi;
- “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildi;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildi;
- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildi;
- “Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə” təsdiq edildi.