QANUNVERİCİLİYƏ EDİLƏN MÜHÜM DƏYİŞİKLİKLƏRİN XÜLASƏSİ ÜZRƏ XII BURAXILIŞ
A
zərbaycan Respublikası qanunvericiliyinə edilən mühüm dəyişikliklərin xülasəsi üzrə XII Buraxılış 2021-ci ilin aprel ayı üzrə edilən aşağıdakı dəyişikliklərdən bəhs edir:

  1. Azərbaycan Respublikasının Prezidenti qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” 2007-ci il 13 dekabr tarixli Fərmanının ləğv edilməsi barədə Fərman imzaladı.
  2. Azərbaycan Respublikası Prezidenti Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Fərman imzaladı.
  3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi.
  4. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edildi.
  5. Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında Fərman imzaladı.

QANUNVERİCİLİYƏ EDİLƏN MÜHÜM DƏYİŞİKLİKLƏRİN XÜLASƏSİ ÜZRƏ XII BURAXILIŞI BURADAN YÜKLƏYƏ BİLƏRSİNİZ.