Avropa İnsan Hüquqları Konvensiyasına 15 saylı Protokol qüvvəyə minir

Bu Protokol, Konvensiyanın Preambulasının subsidiarlıq prinsipi və mülahizə sərbəstliyi doktirinası ilə əlaqəli müddəalarına dəyişiklikləri nəzərdə tutur. Bundan əlavə, ölkədaxili yekun məhkəmə qərarı qəbul edildikdən sonra Avropa Məhkəməsinə ərizə vermək üçün nəzərdə tutulan altı aylıq müddət dörd aya endirilir. Bu qayda 1 fevral 2022-ci il tarixdən qüvvəyə minəcək.

15 Saylı Protokol həmçinin, Avropa Konvensiyasına aşağıdakı dəyişikliklərin edilməsini nəzərdə tutur:

– “əhəmiyyətli zərərin olmaması” qəbuledilənlik meyarı ilə bağlı, ikinci şərt, yəni ölkədaxili məhkəmə tərəfindən lazımi qaydada baxılmamış bir işin rədd edilməməsi şərti (35.3b) – dəyişdirilib və bu müddəa silinib;

– bundan sonra Tərəflər Məhkəmənin hansısa palatasının işindən Böyük Palatanın xeyrinə imtina etməsinə etiraz edə bilməyəcəklər;

– məhkəmə hakimliyinə namizədlərin yaşı, üç namizədin siyahısının Parlament Assambleyası tərəfindən tələb edildiyi tarixdə, 65 yaşdan aşağı olmalıdır;

15 Saylı Protokol 2013-cü ildə qəbul edilib. Avropa Şurasının bütün üzv dövlətləri protokolu ratifikasiya ediblər.

 

Ətraflı məlumatı bu keçiddən istifadə edərək əldə edə bilərsiniz.