Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Konstitusiya gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı elmi-praktiki konfrans keçirəcək.
Konfransda təqdim olunacaq məqalələr üçün qoyulan tələblər aşağıdakılardır:
- məqalənin son göndərilmə vaxtı: 1 oktyabr 2021-ci il;
- məqalələr üç dildə – Azərbaycan, rus və ya ingilis dilində qəbul edilir;
- Məqalələr Arial şrifti – 12 pt olmalıdır;
- məqalələrin həcmi: ədəbiyyat siyahısı və xülasə istisna olmaqla 6 səhifədən az olmamaqla, format A4;
- Müəllifin (müəlliflərin) adı, soyadı, ata adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);
- Təmsil etdiyi müəssisənin adı – 12 pt, tünd rəng;
- müəllifin elektron poçt ünvanı və əlaqə telefonu göstərilməlidir;
- məqalənin adı – 14 pt, tünd rənglə;
- xülasə, açar sözlər – azərbaycan, ingilis, rus dilində, 12 pt, tünd rənglə;
- Şriftlərarası məsafə (interval) 1,5 sm;
- yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan – 2 sm, sağdan – 2 sm;
- Ədəbiyyat siyahısı əlifba sırası ilə, azərbaycan, türk, inglis, rus dili üzrə ardıcıl olaraq düzülür;
- Məqalələr elektron variantda təqdim olunmalıdır;
- 1 oktyabrdan sonra göndərilmiş materiallar qəbul edilməyəcəkdir.
Konfransın təşkilat komitəsinin ünvanı:
Bakı şəhəri, Gənclər Meydanı 1, Bakı AZ1005 Azərbaycan,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi,
Konstitusiya hüququ şöbəsi.
Təşkilat komitəsi ilə əlaqə nömrələri və elektron ünvan:
Tel: 492-62-86; 492-98-49
e-mail: [email protected]
Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə keçid edə bilərsiniz.