Konstitusiya gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı elmi-praktiki konfrans keçiriləcək

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Konstitusiya gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı elmi-praktiki konfrans keçirəcək.

Konfransda təqdim olunacaq məqalələr üçün qoyulan tələblər aşağıdakılardır:

  • məqalənin son göndərilmə vaxtı: 1 oktyabr 2021-ci il;
  • məqalələr üç dildə – Azərbaycan, rus və ya ingilis dilində qəbul edilir;
  • Məqalələr Arial şrifti – 12 pt olmalıdır;
  • məqalələrin həcmi: ədəbiyyat siyahısı və xülasə istisna olmaqla 6 səhifədən az olmamaqla, format A4;
  • Müəllifin (müəlliflərin) adı, soyadı, ata adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);
  • Təmsil etdiyi müəssisənin adı – 12 pt, tünd rəng;
  • müəllifin elektron poçt ünvanı və əlaqə telefonu göstərilməlidir;
  • məqalənin adı – 14 pt, tünd rənglə;
  • xülasə, açar sözlər – azərbaycan, ingilis, rus dilində, 12 pt, tünd rənglə;
  • Şriftlərarası məsafə (interval) 1,5 sm;
  • yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan – 2 sm, sağdan – 2 sm;
  • Ədəbiyyat siyahısı əlifba sırası ilə, azərbaycan, türk, inglis, rus dili üzrə ardıcıl olaraq düzülür;
  • Məqalələr elektron variantda təqdim olunmalıdır;
  • 1 oktyabrdan sonra göndərilmiş materiallar qəbul edilməyəcəkdir.

Konfransın təşkilat komitəsinin ünvanı:

Bakı şəhəri, Gənclər Meydanı 1, Bakı AZ1005 Azərbaycan,

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi,

Konstitusiya hüququ şöbəsi.

Təşkilat komitəsi ilə əlaqə nömrələri və elektron ünvan:

Tel: 492-62-86; 492-98-49

e-mail: [email protected]

 

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə keçid edə bilərsiniz.