AİHM məlumat bülletenləri artıq Azərbaycan dilində

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qadınlara qarşı zorakılıq, məişət zorakılığı və gender bərabərliyi mövzusunda ən son məlumat bülletenləri Avropa İttifaqı və Avropa Şurasının “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” birgə layihəsi çərçivəsində Azərbaycan dilinə tərcümə edilmişdir.

Məlumat bülletenləri, hüquqşünasların gündəlik fəaliyyətlərində istifadə etmələri üçün layihənin tərəfdaşı olan Ədliyyə Akademiyasına, eləcə də Vəkillər Kollegiyasına təqdim ediləcək.

Məlumat bülletenlərini aşağıdakı linklərdən əldə edə bilərsiniz:

Bu tərcümə Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) çərçivəsində “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində hazırlanmışdır və layihə Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilir və Avropa Şurası tərəfindən icra olunur. Digər məqsədlərlə yanaşı birgə fəaliyyət Azərbaycanın dövlət qurumlarına İstanbul Konvensiyasının imzalanması istiqamətində dəstək göstərir.

Layihə haqqında daha ətraflı məlumat üçün layihənin səhifəsinə baxın.

PGGII haqqında daha ətraflı məlumatı PGGII-nin səhifəsindən əldə etmək olar.

 

Xəbər haqqında daha ətraflı məlumat əldə etmək üçün bu keçiddən istifadə edin.