Azərbaycan Respublikası qanunvericiliyinə edilən mühüm dəyişikliklərin xülasəsi üzrə XVIII Buraxılış 2021-ci ilin oktyabr ayı üzrə edilən aşağıdakı dəyişikliklərdən bəhs edir:
- Nazirlər Kabineti “Elektron notariat” informasiya sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə qərar imzaladı;
- Nazirlər Kabineti “Elektron icra” informasiya sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə qərar imzaladı;
- Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzaladı;
- Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzaladı;
- “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzaladı;
- Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzaladı.