Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu Hüquq və problemli aktivlərlə iş şöbəsinin baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İŞİN TƏSVİRİ:
– Zərurət olduqda Fondda qanunvericilik bazasının formalaşdırılması, mütəmadi olaraq təkmilləşdirilməsi və yenilənməsi məqsədilə normativ hüquqi xarakterli aktların və digər hüquqi sənədlərin layihəsinin işlənib hazırlanmasında iştirak etmək;
– Fondun struktur bölmələrinə Fondun fəaliyyəti prosesində, habelə fəaliyyət istiqamətləri və səlahiyyətləri üzrə hüquqi yardım göstərmək, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər vermək;
– müvafiq qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək;
– bilavasitə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalamaq, habelə iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək;
– Fonda daxil olan və icrası şöbəyə tapşırılmış müraciətlərin və digər sənədlərin qanunvericiliklə müəyyən olunmuş qaydada baxılması və müvafiq tədbirlərin görülməsində iştirak etmək.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
– Hüquqşünaslıq və Beynəlxalq hüquq ixtisası üzrə ali təhsil;
– İxtisası üzrə azı 3 il iş təcrübəsi;
– Azərbaycan dilini mükəmməl səviyyədə bilmək
– İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
– Ünsiyyət və komandada işləmək bacarığı;
– Kompüter bilikləri;
– İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “Hüquq və problemli aktivlərlə iş şöbəsinin baş mütəxəssisi” yazmaqla [email protected] ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 06.06.2022