Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 51-1.1-ci maddəsinə uyğun olaraq elektron qaydada cinayət mühakimə icraatı Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə aparılır.
Edilən dəyişiklik dəqiqləşdirmə məqsədi daşıyır və həm məhkəmə icraatı, həm də ibtidai istintaq zamanı məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmələrdə aparılan icraatın “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə aparılmasını müəyyən edir.
Dəyişiklik prosessual sənədlərin və digər materialların Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş prosessual qaydalara uyğun olaraq məhkəmələrlə elektron qaydada mübadilə edilməsi üçün həmin orqanların elektron informasiya sistemlərinin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya olunmasını nəzərdə tutur.
Dəyişikliklərlə ətraflı olaraq burada tanış ola bilərsiniz.