“Beat Group” Şirkəti Təcrübəçi Hüquqşünas vakansiyası elan edir!
Korporativ və kommersiya hüququ üzrə ixtisaslaşmaq istəyirsiniz?
Praktiki biliklərinizi və peşəkar bacarıqlarınızı təkmilləşdirmək istəyirsiniz?
Sizin yüksək səviyyədə tədqiqat qabiliyyətiniz varmı və problemlərin həllini asanlıqla tapa bilirsinizmi?
Hörmətli Gənc, o zaman biz “Beat Group” Ailəsi olaraq Sizə təcrübə keçmək və öz sahəsində peşəkarlarla işləmək fürsətini təklif edirik!
İşin təsviri:–
Yüksək komanda ilə əməkdaşlıq: Bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanı;
· Şəxsi və peşəkar bacarıqlarınızın inkişafı üçün əlverişli mühit,
· Hüquqi sənədlərlə işləmək, mövcud məlumat bazası ilə işləmək, məlumat bazasını qorumaq və təkmilləşdirmək;
· Sənədlərin təhlili, hüquqi araşdırmalar, müqavilələrin, aktların və sərəncamların hazırlanması, sənədlərin ekspertizasında hüquqi iştirak;
· Görüşlərin və təqdimatların təşkili, iştirak;
· Müştərilərlə görüşlərdə iştirak;
· Cəmiyyətin fəaliyyətinə aid məsələlərə dair rəylərin verilməsi prosesində iştirak etmək üçün hüquqi sənədlərin hazırlanması;
· Dövri hesabatların hazırlanması və təqdim edilməsi.
Namizəd üçün tələblər;
· Ali hüquq təhsili (təhsil müəssisələrinin sonuncu kurs tələbələrivə yeni bitirənlər üçün);
· Azərbaycan dilini mükəmməl bilməli, fikrini sərbəst ifadə etməyi və danışmağı bacarmalı;
· Rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
· Yüksək ünsiyyət bacarıqları və komandada işləmək bacarığı;
· MS Excel, MS Word və Outlook Express proqramlarından istifadə bacarığı
İşində fərqlənən namizədlərə işlə təmin olunması vəd olunur.
Cv-ni 30 İyun 2022-ci il tarixinədək mövzu hissəsinə “Təcrübəçi hüquqşünas” qeyd etməklə [email protected] ünvanına göndərin.