Avropa Komissiyasının Sülh Səfiri Təqaüdü 2022

Son tarix. 26 iyun 2022

Location: Birləşmiş Krallıq

Qısa məlumat.

Təqaüd qazananlar 190+ ölkədən 2000 gəncin də gəldiyi gənc liderlər üçün qlobal forumda iştirak edəcəklər.

Sülh səfirləri aşağıdakıları əldə edəcəklər:

  • 5 – 8 sentyabr 2022-ci il tarixlərində Mançesterdə, Böyük Britaniyada keçiriləcək Bir Gənc Dünya Sammitinə giriş;
  • Mançesterə gediş-gəliş və öz ölkəsinə geri dönüş;
  • Sammit müddətində oteldə qonaqlama;
  • Bir Gənc Dünya Sammiti zamanı səhər yeməyi, nahar və şam yeməyi daxil olan qidalanma.
  • Bir Gənc Dünya Səfiri İcmasına üzvlük
  • Müxtəlif media orqanlarında profilləşdirmə.

Kimlər müraciət edə bilər.

  • Sentyabrın 5-dək 18-30 yaş arası olan şəxslər müraciət edə bilər;
  • Namizədlər sülh quruculuğu, münaqişələrin həlli, dezinformasiya ilə mübarizə və ya zorakı ekstremizmə qarşı mübarizə sahələrində fəal şəkildə məşğul olmalıdırlar;
  • 4-8 sentyabr 2022-ci il tarixləri arasında proqrama tam zamanlı qoşulmaq imkanları olmalıdır.

Ətraflı məlumat.

Ətraflı məlumat üçün vebsəhifəyə daxil ola bilərsiniz.