Kiçik hüquqşünas – vakansiya

Mauve şirkətlər qrupuna kiçik hüquqşünas axtarılır.

Namizəddə axtarılacaq tələblər:

  • Hüquq fakültəsi üzrə bakalavr ali təhsili;
  • Hüquq firmasında və ya hüquqşünas kimi ən azı 1 il təcrübə;
  • Azərbaycan və ingilis dillərində sərbəst danışıq bacarığı (rus dili üstünlükdür);
  • Layihə hazırlamaq, hüquqi təhlil və danışıqlar aparmaq bacarığı;
  • Detallara yüksək diqqət;
  • Punktual, yüksək motivasiyalı, açıq fikirli, təşəbbüskar olmaq.

Məsuliyyətlər:

  • Üçüncü tərəflərlə müqavilələrin hazırlanması, nəzərdən keçirilməsi və danışıqların aparılması;
  • Dövlət orqanlarına və qarşı tərəflərə məktubların və digər tələb olunan sənədlərin hazırlanması;
  • Hüquqi yeniliklərin təhlili və hazırlanması;
  • Hüquqi tədqiqatların aparılması və qanunvericiliyin, beynəlxalq presedentlərin və qabaqcıl təcrübələrin şərh edilməsi;
  • Şirkəti dövlət qurumları və digər üçüncü şəxslər qarşısında təmsil etmək;
  • Komanda işinin nəzərdən keçirilməsi üçün materialların təşkili;
  • Mübahisələrin həllində köməklik və hesabat vermək.

Namizədə təklif edilənlər:

  • Biznesin müxtəlif sahələrində beynəlxalq layihələrdə iştirak;
  • İş qrafiki: Bazar ertəsi – Cümə 10:00-dan 19:00-dək;
  • Əmək haqqı profilinizə əsasən təyin olunacaq.

Motivasiya məktubunu və CV-nizi 30 iyul 2022-ci il tarixinədək [email protected] ünvanına göndərə bilərsiniz.