PatentX: ÜƏMT və Harvard Hüquq Məktəbi tərəfindən kurs

Qısa məlumat.

25 iyul 2022-ci ildə Harvard Hüquq Məktəbi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) bu sahəni dərindən araşdıracaq yeni birgə onlayn kursa başlamaq haqqında saziş imzaladılar. “PatentX” adlanan kreditsiz kurs patent hüququ ilə qlobal ictimai sağlamlıq arasındakı əlaqənin bütün aspektlərini araşdıracaq.

PatentX, o cümlədən əsas mövzuları əhatə edir:

  • patent hüququnun faydalılıq (sənayedə tətbiq ediləbilənlik), açıqlama, yenilik və ixtira səviyyəlilik tələbləri;
  • biotexnologiya;
  • məlumatların eksklüzivliyi qaydaları;
  • TRIPS Sazişi və onun verdiyi rahatlıqlar;
  • ƏM idarəetməsi;
  • könüllü lisenziyalaşdırma və texnologiya transferi;
  • ənənəvi biliklər və genetik ehtiyatlarla bağlı siyasət məsələləri;
  • alternativ həvəsləndirmə sistemləri; və
  • pandemiyaya hazırlıq.

Hər bir dərs real dünya nümunələri ilə dəstəklənir və ÜƏMT tərəfindən seçilmiş və Harvard Universiteti tərəfindən təlim keçmiş ƏM ekspertləri tərəfindən tədris olunur. PatentX qabaqcıl pedaqoji yanaşma tətbiq edir və qanunvericilərə, siyasətçilərə, alimlərə, innovatorlara və ƏM mütəxəssislərinə xidmət göstərir.

Kurs 2022-ci ilin oktyabr ayında ÜƏMT-nin e-Tədris Mərkəzində qeydiyyat üçün açılacaq və bütün benefisiarlara pulsuz təklif olunacaq.

Ətraflı məlumat.

Ətraflı məlumat üçün vebsəhifəyə daxil ola bilərsiniz.