Son müraciət tarixi. 23 avqust 2022
Qısa məlumat.
5-9 sentyabr 2022-ci il tarixlərində “ADA” Universiteti və Halle-Vittenberqdəki Martin Lüter Universitetinin hüquq fakültələrinin təşkilatçılığı ilə “ADA” Universitetində Alman Hüququna Giriş üzrə Beynəlxalq Yay Məktəbi keçirilir.
Yay məktəbi zamanı hər iki universitetin bir qrup tanınmış professor və müəllimləri tərəfindən mühazirələr keçiriləcək. Yay məktəbində ümumilikdə 40 hüquq tələbəsinin iştirakı nəzərdə tutulur ki, onlardan 30 nəfəri “ADA” Universitetinin Hüquq fakültəsindən seçiləcək. Qalan 10 yer isə Azərbaycanın digər universitetlərinin hüquq fakültələrinin tələbələri üçün nəzərdə tutulub.
Proqramın sonunda hər bir iştirakçıya “iştirak sertifikatı” veriləcək.
Müraciət məktubları (maksimum 500 söz) və CV-lər 23 avqust 2022-ci il tarixinədək [email protected] ünvanına göndərilməlidir.
Ətraflı məlumat.
Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.